az *2222

Öz ölçünü seç!

    • 222 qİymət
    • 2222 Təmİnat
      Məbləğİ
    • 333 qİymət
    • 3333 Təmİnat
      Məbləğİ
    • 444 qİymət
    • 4444 Təmİnat
      Məbləğİ
    • 555 qİymət
    • 5555 Təmİnat
      Məbləğİ
  • STANDART KASKO kalkulyator
    • 1750 qİymət
    • Avtomobİl
      dəyərİ
az *2222

Sığortanı KASKO BUTİK-dən almaq üçün 10 səbəb

97% hallarda təmir xərcləri AZN 5,000 keçmir.
Sizcə bahalı KASKOya ehtiyac varmı..?

Bizdə hər şey daxildir.., hətta düşünmədikləriniz də!

Sığorta almaq digər arzularınızı təxirə salır..?

Bizim məhsullarımız standart KASKO məhsullarından
orta hesabla AZN 1,000 ucuzdur!

Sığorta haqqını bir dəfəyə ödəmək sizə çətin gəlir..?

Sığorta haqqını hissələrlə hər ay ödəyin!

Sığorta ödənişini gözləməkdən yorulmusunuz..?

Biz pulunuzu 59 dəqiqə ərzində ödəyirik!

Siz arzu etməzdinizmi, avtomobiliniz
rəsmi servis mərkəzində keyfiyyətlə təmir olunsun..?

Biz bunu təmin edirik!

Hadisə zamanı arayışlar, sənədlər toplamaq sizi yormayıb ki..?

AZN 1,000-dək zərərlərinizdə bu sənədləri istəmirik!

Avtomobiliniz təmirdədir və siz piyada qalmısınız..?!

Bu müddətdə sizin AZN 120-dək taksi xərclərinizi Biz ödəyirik!

Avtomobilinizi həm də işgüzar məqsədlər üçün istifadə edirsiniz..?

Bizim üçün bunun da fərqi yoxdur!

Avtomobilinizlə xarici ölkələrə səyahət edirsiniz..?

Lap yaxşı! Sığorta Şəhadətnaməniz Bütün Dünyada qüvvədədir!

Avtomobilinizi sizdən başqa da idarə edən var..?

Bunun da fərqi yoxdur!
Yaşı 21-dən yuxarı hər kəs qanuni əsaslarla idarə edə bilər!

az *2222

Bizim haqqımızda nə düşünürlər?

Müəllifi olduğum AVTOSTOP layihəsi ilə 2010-cu ildən efirdəyəm. Efirimizdə bir neçə dəfə Kasko sığortası mövzusunu müzakirə etmişik. Hər dəfəsində şahid olmuşam ki, insanların sığorta şirkətlərinə qarşı inamı sarsılıb. Bir çoxları isə düşünür ki, Kasko sığortası bahalıdır, ona verilən pula dəymir və s.

KASKO BUTİK layihəsində isə sürücüləri narahat edən əksər suallar öz cavabını tapmaqdadır. Ona görə də hər kəs, xüsusilə də sürmə tərzinə arxayın olan, büdcəsini hesablamağı bacaran insanlarımız üçün çox cəlbedici təklifdir.

Tural Yusİfov
"AVTOSTOP" layihəsinin rəhbəri, radioaparıcı
Hyundai Santa Fe sahibi

Azərbaycanda icbari sığortaların geniş yayılmasına və tətbiq olunmasına baxmayaraq, könüllü sığortalarda, o cümlədən də Kasko sığortasında vəziyyət ürəkaçan deyil. Hər il Kasko sığortası azalmaqdadır. Burada həm qiymət, həm də mədəniyyət faktorları rol oynayır.

Düşünürəm ki, KASKO BUTİK qiymətinə və əlçatanlığına görə sürücülər arasında geniş yayılaraq, Kasko sığortası mədəniyyətinin formalaşmasına xüsusi töhfə verəcək!

Natİq Zərbəlİyev
“Autograph” onlayn-nəşrinin baş redaktoru, eyni adlı verilişin müəllifi və aparıcısı

KASKO BUTİK məhsulları ilə ilk tanışlıq məndə belə bir təəssürat yaratmışdı ki, bu da daha əvvəllər bazarda mövcud olmuş məhsullardan növbəti birisidir. Lakin, daha sonra sığorta təminatlarına baxdıqca, müqayisə etdikcə və onun ana fəlsəfəsini anladıqca, xoşuma gəlməyə başladı.

Məncə, bazarda belə Kasko təkliflərinə çoxdan ehtiyac var idi. Düşünürəm ki, ilk müştərilərdən biri mən özüm olacağam!

Ramİn Musayev
“Avtoqraf” jurnalının təsisçisi, sahibkar

Artıq ömrümün və əmək fəaliyyətimin böyük bir qismini avtomobillərə həsr etmişəm. Demək olar ki, hər gün müxtəlif avtomobillərin problemləri, nasazlıqları, təmiri ilə üzləşirəm. KASKO BUTİKdə məni ən çox cəlb edən məsələ 97% nisbəti oldu. Bir anlıq fikrə getdim, gözümün önündən illərlə qarşılaşdıqlarım keçdi və anladım ki, məhsul yaradanlar çox incə məqamı tutublar. Doğrudan da 97% hallarda dəyən zərər 5,000 manatı keçmir. Hətta keçdiyi təqdirdə belə KASKO BUTİKdə sığortalanmış sürücü böyük miqdarda ilkin təzminat əldə edir.

Elçİn Abbasov
˝Performance Center˝in texniki məsləhətçisi, Avtomobil Mütəxəssisi

Avtojurnalistikada tez-tez Kasko sığortası ilə bağlı suallar qarşımıza çıxır. Bəzən yazılar da yazırıq. Lakin, səmimi deyim ki, son 15 il ərzində bu sahədə demək olar ki, ciddi bir dəyişiklik görməmişdim.

KASKO BUTİK Kasko sığortasına tamamilə yeni yanaşmadır, özündə innovativ həlləri, əlçatanlığı və münasibliyi birləşdirir. Avtomobilçilərin sadiq yol yoldaşı olacağına heç bir şübhəm yoxdur.

Ruslan Musayev
Аvtobloqqer, avtojurnalist

Artıq 33 ildir ki, avtomobil sükanı arxasındayam və demək olar ki, sığortasız avtomobil idarə etmirəm. Baxmayaraq ki, illər ərzində Kasko sığortasına 10 minlərlə pul ödəmişəm, lakin, cəmisi bircə dəfə sığorta ödənişi almışam - avtomobilin çatlamış alın şüşəsinin dəyişdirilməsi üçün. Hər zaman düşünürdüm ki, mənə elə bir sığorta lazımdır ki, büdcəmə uyğun olsun, zərərimi ödəsin, lakin, eyni zamanda natamam sığorta olmasın.

KASKO BUTİK tam mənə lazım olan layihədir!

Gündüz Rəhİmov
İş adamı
KIA Sportage sahibi

Hər bir məhsul kimi sığortanın da keyfiyyəti istifadə olunanda yoxlamadan keçir. Sığortada bu yoxlama başınıza bir hadisə gəldiyi zaman sizə göstərilən xidmətdir. Bəzən 300-500 manatlıq sığorta ödənişini almaq həftələr çəkir, müştəri get-gələ düşür və beləliklə də sığorta haqqında neqativ fikirlər yaranır.

KASKO BUTİKdə diqqətimi ən çox çəkən ödənişin 59 dəqiqə ərzində verilməsi oldu. Bu həyata keçirilsə, Azərbaycan sığortaçılığında bir inqilab olacaq!

Rahİm Əlİyev
Аvtojurnalist, Formula 1

İşimizdən irəli gələrək avtomobil dünyasında baş verənləri daim izləyirəm. Bunsuz mümkün də deyil, çünki, bir az uzaq qalan kimi yeni texnologiyalardan xəbərsiz olursan. Danılmaz faktdır ki, yeni texnologiyalar yol hərəkətini tənzimləyərək ağır qəzaların azalmasına səbəb olur. Eyni zamanda Yol Patrul Xidmətinin ciddi nəzarəti də ağır qəzaların azalmasına kömək edir. Təbii ki, sevindirici haldır ki, həm maddi, həm psixoloji olaraq ağır nəticələrə səbəb olan hadisələrin sayı azalmaqdadır.

Bunları nəzərə alsaq, əminliklə demək olar ki, KASKO BUTİK məhsulları sürücülərin tələblərinə tam cavab verəcək!

Aysel Fərzİyeva
Jurnalist

20 ildən çoxdur ki, avtomobillərlə məşğulam, servisə gəlməyən qalmayıb. Xırda batıqlardan tutmuş yarısı olmayan maşınlara qədər təmir etmişik. Gün ərzində təmirə 3-5 yeni maşın qəbul edirik. Səmimiyyətlə deyim ki, əksəriyyəti kiçik zədələlərlə gələnlərdir, 1-2 günə həll edib yola salırıq. Çox nadir hallarda ağır zədəli avtomobillər gəlir. Ona görə də rəqəmləri görəndə, anladım ki, KASKO BUTİK düzgün mövqe seçib. Əgər ehtiyatlı sürücüsənsə və heç zaman böyük zərərlərin olmayıbsa, 4,000-5,000 manat sənə tam kifayət etməlidir. Biri var heç sığortan olmasın, biri də var ki, 97% hallarda zərərini tam ödəyə bilən, 3% halda isə zərərinin əhəmiyyətli hissəsini ödəyən bir sığortan olsun.

İmran Orucov
Çilingər, AUDI servis mərkəzi

Uşaqlıqdan avtomobillərin təmiri ilə məşğulam. Peşəm dəmirçilikdir, bütün günü əlimdə çəkiclə əzilmiş dəmir döyürəm. Hər cür müştəri ilə qarşılaşıram, həddən artıq mülayimi ilə də, əsəbi və səbrsizləri ilə də. Sahəm olmasa da, qulağım tez-tez sığorta ilə bağlı söhbətlər eşidir. Xüsusilə də görürəm ki, sığorta şirkətləri ilə müştərilər arasında ən çox mübahisələrə səbəb olan məsələ əzilmiş detalı düzəltmək yoxsa dəyişdirmək sualıdır. İstənilən dəmir detalı düzəltmək olar, lakin bəzən detallar elə gündə olur ki, müştərilərə haqq qazandırmağa məcbur olursan.

KASKO BUTİKdə sizin real zərəriniz qiymətləndirilir və ödəniş pul şəklində həyata keçirilir və belə narahatlıqlara səbəb qalmır.

Elman Məmmədov
Dəmirçi, TOYOTA servis mərkəzi

18 ilə yaxındır ki, dəmirçi işləyirəm. Mövsümdən asılı olaraq gün ərzində 2-5 avtomobil qəbul edirəm. Əsasən də qar yağanda kiçik zədələrlə, əziklərlə müraciət edənlər çoxalır. Bəzilərini bir günə yola salıram, əzikləri boyasız düzəltmək olur. Əksər hallarda isə detalları düzəltmək lazım olur ki, bu zaman boya qopur və rəngsaz işinə ehtiyac yaranır. Amma, çoxillik təcrübəmi nəzərə alsam, ağır zədələrlə və böyük, yəni 4,000-5,000 manatdan artıq xərc tələb edən avtomobillər nadir hallarda olur. Hətta onların çoxunu nömrələri ilə xatırlayıram.

Buna görə də KASKO BUTİK məhsulları sürücülər üçün əlverişlidir!

Sərdar Cavadov
Dəmirçi, HYUNDAI servis mərkəzi

Mənim işimin böyük əksəriyyəti avtomobillərin asqı-sistemləri ilə bağlıdır. Əvvəllər yollarımızın vəziyyəti daha pis olduğuna görə, zərbəyə düşən, asqı sistemləri korlanan maşınlar daha çox olurdu. Təmirə daha tez-tez gəlməli olurdular avtomobillər. Son zamanlarda əksər yollarımızın düzəlməsi belə halları azaldıb, xüsusilə də orijinal ehtiyat hissələri istifadə edənlər daha gec-gec müraciət edirlər.

KASKO BUTİK hadisə zamanı zərər orijinal ehtiyat hissələrini nəzərə alınaraq müəyyənləşdirilməsinə imkan yaradır. Bu bir sürücü kimi məni məmnun edir!

Rza Xəlİlov
Çilingər, LEXUS servis mərkəzi

Mən rəngsaz işləyirəm. Avtomobillərin son zahiri gözəlliyi çox vaxt məndən asılı olur. Bizim camaat avtomobilini çox sevir. Nahaq yerə deyil ki, bir maşını alanda ilk sual kimi soruşurlar: ‘’kraska dəyən yeri var?’’ Bu sualı eşidəndə təəccüblənirəm hər zaman. Ay qardaş, maşına kraska dəyər də… Əsas odur ki, canınıza bir şey dəyməsin. ‘'Əgər maşını bu qədər sevirsinizsə və keyfiyyətli təmir etdirmək istəyirsinizsə, niyə sığortalamırsınız?˝ sualını verirəm hərdən. Cavab belə olur ki, Kasko bahadır. Digər tərəfdən əgər siz ehtiyatlı sürücüsünüzsə, böyük məbləğdə sığortalanmağa nə ehtiyac var ki? Onsuz da əksər hallarda zərərlər kiçik olur.

Buna görə də düşünürəm ki, KASKO BUTİK məhsulları məhz sürücülərin axtardıqları məhsullardır!

Natİq Əzİzov
Rəngsaz, AUDI servis mərkəzi

Ötən il avtomobil ustası kimi fəaliyyətə başlamağımın 15 ili tamam oldu. Bu illər ərzində görmədiyim avtomobil, qarşılaşmadığım müştəri tipi qalmayıb. Hərənin bir istəyi, hərənin bir iradı olur. Bəzən elə müştərilərlə rastlaşıram ki, pul almağa da əlim gəlmir və ya elə qiymət təklif edir ki, sadəcə o işi görmək mümkünsüz olur. Amma, insanıq da, çalışırıq ki, hamının işini yoluna qoyaq.

Sığortalı müştərilərlə işləmək daha rahat olur. Çünki, zərəri müəyyən edirsən, sığorta razılaşır, işini görürsən və təhvil verirsən. Sadəcə bəzən belə müştərilər olur ki, deyir ki, sığortaya 1,000-1,500 manatdan artıq ödəmişəm, amma ildə cəmisi bir dəfə hadisəm olub və 300-400 manat xərcim çıxıb. Ona görə də sığortanı daha yeniləməyəcəyəm, bahadır. Bu tip sürücülər üçün KASKO BUTİK məhsulları ən əlverişli seçimdir. Baxmayaraq ki, çox nadir hallarda böyük zərərlər olur, amma sığortasız da sürmək olmaz, axı bilmək olmur ki, başına nə gələcək.

Füzulİ Həsənov
Dəmirçi, KIA servis mərkəzi

Sürücülər, əsasən də xanım sürücülər üçün xırda qəza əməlli-başlı faciədir. Evakuator çağır, maşını təmirə apar, mümkün sənədlərin və arayışların ardınca gedirsən və s. Hamısı zaman və pul tələb edir.

KASKO BUTİKdə məhsul almaqla bütün problemləri bircə zənglə həll edirsən. Gəlirlər, özləri maşını aparırlar, qiymətləndirirlər, təmir edirlər və təhvil verirlər. Əlavə olaraq, taksi xərclərini qarşılayırlar. Beləliklə də, həm puluna, həm də vaxtına qənaət etmiş olursan!

Dİnara Gözəlova
Tədbirlərin Təşkili üzrə Direktor
Mitsubishi Pajero sahibi

Bizim cəmiyyətdə düşünürlər ki, xanım sürücülər yaxşı maşın sürə bilmirlər. Mən isə iddia edirəm ki, sükan arxasında biz daha ehtiyatlı və diqqətliyik. Mənim bu günə qədər avtomobilin buferlərindəki cızıqlardan başqa hadisəm olmayıb. Amma, hər il sığortaya 1,200 manatdan çox pul ödəyirəm.

KASKO BUTİKi görəndən sonra hesabladım ki, mən həm sığortalana, həm də 700 manata qədər qənaət edə bilərəm. 700 manatın da xərclənə biləcəyi o qədər yeri var ki...

Alla Mİtlİnova
Art Direktor
Mercedes-Benz A-Class sahibi

az *2222

Bizim Biznes Model

  • *2222 Sığorta Dəstək Mərkəzinin peşəkar və təcrübəli əməkdaşları sığortaya aid bütün suallarınızı cavablandırmaq üçün 7/24 fəaliyyət göstərirlər
  • Facebook səhifəmizdə yerləşdirdiyimiz, MERİ adlı ölkənin sığorta sahəsindəki ilk funksional ChatBotu, sizə KASKO BUTİK haqqında ətraflı məlumat verməyə hazırdır
  • Avtomobilinizə texniki baxışın aparılması, həmçinin hadisə zamanı zərərin qiymətləndirilməsi ən son texnologiyalarla aparılır ki, bu da sizin vaxtınıza və pulunuza qənaət edir
  • KASKO BUTİK müasir və innovativ platformadır, bütün müqavilələr elektron bağlanılır və digər sənədlərlə birlikdə sizin elektron poçt ünvanınıza göndərilir
  • Sizin bank kartı məlumatlarınız bizdə saxlanılmır! Bütün ödənişlər Paşa Bank və Express Bankın yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilmiş ödəniş sistemləri vasitəsilə həyata keçirilir
  • KASKO BUTİK platformasında bağlanmış müqavilələrə Azərbaycanın bir deyil, altı aparıcı sığorta şirkəti birgə şərikli zəmanət verir